“Ruben Vardanyanın son müsahibəsi həm Ermənistanda, həm də Qarabağda ehtirasları alovlandırıb, üstəlik, təkziblər ümumiyyətlə populizmdən yan keçmir, ağlabatan arqumentlər əvəzinə, eksklüziv olaraq tost xarakterli pafoslu çıxışlarla cavab verirlər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu ucuz populizm artıq 2020-ci ildə bir dəfə fəlakətə gətirib çıxarıb və yeni faciəyə çevrilmək təhlükəsi yaradır. Halbuki Ruben Vardanyanın çıxışı son dərəcə sadə idi.
“Mövzu Vardanyanın RTVI telekanalına verdiyi müsahibədə Qarabağın Ermənistanla birləşməsinin mümkünsüzlüyü barədə söylədiyi fikirdən sonra dövriyyəyə buraxılmağa başlayıb. İndi Qarabağla bağlı dünyaya izah etmək üçün incə və hesablanmış diplomatiyanın vaxtıdır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Qarabağ