Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qaqik Hambaryan deyib.
Onun sözlərinə görə, elə bu səbəbdəndir ki, Brüsseldə görüş təşkil olunanda Rusiya tərəfi ondan dərhal sonra Soçidə və ya Moskvada demək olar “eyni məzmunlu görüş” təşkil edir.
“Əksinə, Soçidə və ya Moskvada görüş təşkil ediləndə, həmin “eyni məzmunlu görüş” Brüsseldə təşkil olunur. Bundan başqa, Qərb Ermənistan və Azərbaycan liderləri arasında görüşlər üçün müxtəlif platformalardan da istifadə edir ki, bunun da bariz nümunəsi Praqa idi. Qərb həmin görüşləri öz himayəsi altında baş tutan kimi təqdim edir və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsində “birinci skripka” rolunu oynamağa çalışır”, - deyə Hambaryan bildirib.
Hambaryan vurğulayıb ki, Paşinyan hər iki stulda oturmağa çalışır, lakin uzun müddət manevr edə bilmir, onun üçün hakimiyyətdən üstün heç nə yoxdur.
Alpər Mövludoğlu
Ordu.az