Ermənistanda inflyasiya 2023-cü ildə 4,6 faiz, 2024-cü ildə isə 3,3 faiz səviyyəsində proqnozlaşdırılır
2023-cü ilin yekunlarına görə, Ermənistanda inflyasiya 4,6 faiz, Belarusda 8 faiz, Qazaxıstanda 7,8 faiz, Qırğızıstanda 5,2 faiz, Rusiyada 6 faiz, Tacikistanda 6 faiz səviyyəsində proqnozlaşdırılır.
Ordu.az xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının “Makroiqtisadi Proqnoz - 2023” hesabatında qeyd olunub.
2024-cü ildə Ermənistanda inflyasiya 3,3 faiz səviyyəsində proqnozlaşdırılır. İnflyasiya mərkəzi və milli bankların hədəf göstəricilərindən yüksək olmağa davam edəcək.
Rusiya və Belarusda istehsal-logistika zəncirlərinin yenidən qurulması prosesi qiymətlərə təzyiq göstərəcək. Lakin bu amillərin təsiri getdikcə zəifləyəcək və qiymətlərin artımı nəzərəçarpacaq dərəcədə azalacaq.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Belarus