“Qərbin təklif etdiyi variant Azərbaycan tərəfindən təklif olunan beş prinsipin məntiqinə söykənir” - Karapetyan

2022/12/timth-1670220554.jpg
Oxunub: 413     17:58     05 Dekabr 2022    
“Bölgədə vasitəçilik rolu və təsir baxımından Qərblə Rusiya arasında mübarizə davam edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Hayatsk” Analitik Mərkəzinin direktoru Anna Karapetyan deyib.

Onun sözlərinə görə, Qərbin vasitəçilik etdiyi prosesin özü kontekstində bəyanatlar eşidilmişdi.

“Xüsusilə, ilin sonuna kimi sülh sazişinin imzalanması gözləntiləri var. Halbuki sonradan məlum oldu ki, müəyyən çətinliklər var. Bu, xarici işlər nazirlərinin görüşündən sonra açıqlanıb. Amma hər halda proses davam edir və məsələn, Ararat Mirzoyanın sonuncu müsahibəsi qeyd olunanlara sübutdur. Ararat Mirzoyan bildirib ki, Azərbaycan tərəfi Ermənistanın təqdim etdiyi təkliflərə öz cavablarını verib və hazırda Ermənistan tərəfi onları araşdırır. Bu o deməkdir ki, ritorika və bəyanatlar səviyyəsində müəyyən gərginlik və fikir ayrılıqları olsa da, hər halda proses davam edir”, - deyə Karapetyan qeyd edib.

Erməni direktor vurğulayıb ki, eyni sülh müqaviləsinin imzalanmasının mümkünlüyü kontekstində maraqlı vəziyyət var.

“Ritorika səviyyəsində Ermənistan hakimiyyəti daim sülh müqaviləsi imzalamağa hazır olduqlarını bəyan edir. Hətta ümid etdiklərini bildirdilər ki, ilin sonuna qədər bunu etmək mümkün olacaq və s. Amma məzmun və maraqlar baxımından bu gün Azərbaycan sənədi bir an öncə imzalamaqda maraqlıdır, çünki xatırladaq ki, ən azı Qərbin təklif etdiyi variantda bu, Azərbaycan tərəfindən təklif olunan beş prinsipin məntiqinə söykənir. Həmin beş prinsip Azərbaycana Qarabağ münaqişəsi ilə bağlı səhifəni tamamilə bağlamaq, münaqişənin olmadığını qeyd etmək və Ermənistanı Qarabağın “öz müqəddəratını təyinetmə hüququ” məsələsini qaldırmaq imkanından daha da məhrum etmək imkanı verirdi. Ona görə də bu prinsiplərin məntiqi ilə sülh müqaviləsi imzalanacaqsa, Azərbaycan bu məsələdə maraqlıdır. Nə qədər ki, Ermənistanda belə bir sənədi imzalamağa hazır olan belə bir hakimiyyət var və Paşinyan da bu prinsiplərə qarşı olmadığını bəyan edib, İlham Əliyev bir an öncə belə bir sənədin imzalanmasında maraqlıdır”, - deyə Karapetyan əlavə edib.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin