“Lavrov “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin reanimasiyasını təklif edir” - Kiviryan

2022/04/sad78-1649672139.jpg
Oxunub: 373     10:14     06 Dekabr 2022    
“Erməni siyasi təbəqəsinin böyük əksəriyyəti, istər iqtidar, istərsə də müxalifət olmasından asılı olmayaraq, siyasətdən qətiyyən dərk etmədiyindən və onun intellektual imkanlarını nəzərə alsaq, başa düşmək imkanı olmadığından, Lavrovun bəyanatının əsas ideyalarından biri hər kəsin diqqətindən yayınıb, yəni “Dağlıq Qarabağ Muxtar Vilayəti” anlayışının və siyasi vahidinin reanimasiyası”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan öz “Facebook” səhifəsində yazıb.

“Başqa sözlə, Moskva Bakıya aydın şəkildə izah etdi ki, Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınmasının qiyməti Qarabağ bölgəsinin SSRİ sərhədləri daxilində, yəni Hadrut və Şuşa ilə birlikdə faktiki olaraq bərpasıdır. Bunun azərbaycanlıların ürəyincə olmadığı, əslində, hədəfi ilk növbədə Rusiya sülhməramlıları olan Qarabağı Ermənistanla birləşdirən yolu bağlamaq cəhdi ilə göründü...”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ  


Bizi "telegram"da izləyin