Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Metakse Hakopyan deyib.
Onun sözlərinə görə, Azərbaycanın son məqsədi göstərməkdir ki, onlar Qarabağın tam sahibidirlər və istədikləri zaman bu həyati əhəmiyyətli yolu kəsə bilərlər.
“Onlar riskləri ölçüblər, beynəlxalq ictimaiyyətin və Ermənistan hakimiyyətinin reaksiyasına toxunacaqlar. Yolu bağlamaq üçün çox sadə səbəb göstərdilər. Məqsədləri daha dərindir, lakin fəaliyyətləri ilə hər şeyi başqa istiqamətə aparmağa çalışırlar”, - deyə Hakobyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az