Nigeriya polisi məsciddə girov götürülən insanlardan bəzilərini azad edib

2022/12/niger-1670216889.jpg
Oxunub: 217     01:33     05 Dekabr 2022    
Nigeriyanın təhlükəsizlik qüvvələri xüsusi əməliyyat nəticəsində Katsina ştatında məsciddən oğurlanan 19 girovdan 6-nı azad edə bilib.

Ordu.az-ın məlumatına görə, bu barədə "Xinhua" agentliyi ştatın polis nümayəndəsinə istinadən bildirib.

Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, cinayətkarlar Mayqamcı kəndindəki məscidə hücum ediblər, orada atışma nəticəsində iki nəfər yaralanıb, 19 girov götürülüb. Şənbə günü axşam saatlarında iki nəfər polis tərəfindən xilas edilib, daha dörd nəfər isə bazar günü azad olunub.

Qalan girovların axtarışı davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   Polis  


Bizi "telegram"da izləyin