İranda etirazlar fonunda ölkə konstitusiyasının bəzi maddələri dəyişdirilə bilər

2020/09/16003-1600326762.jpg
Oxunub: 355     22:00     04 Dekabr 2022    
İran prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Hadas” telekanalı məlumat yayıb.

Rəisi İranın Konstitusiya Günü münasibətilə dövlət televiziyasında çıxışı zamanı bildirib ki, konstitusiyanda heç bir çıxılmaz vəziyyət yoxdur:

“Onun təşkili, hazırlanması və yekunlaşdırılması konstitusiyanın həyata keçirilməsində, ölkənin işlərinin idarə olunmasında istənilən çıxılmaz vəziyyətlə üzləşəcək şəkildə həyata keçirilib. Zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.

Qeyd edək ki, İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib. İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Etiraz  


Bizi "telegram"da izləyin