Azərbaycan və Rusiya prezidentləri bu il 6 dəfə görüşüb, 10 dəfə telefonla danışıb

2022/11/1669139178.jpg
Oxunub: 367     14:03     04 Dekabr 2022    
Rusiya ilə Azərbaycan arasında ali və yüksək səviyyədə müntəzəm etibarlı dialoq aparılır.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya işgüzar səfəri ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu il Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında altı görüş keçirilib, on telefon danışığı olub.

“Bu il 17-18 noyabr Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin Azərbaycana ilk səfəri baş tutub. Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında altı görüş və yeddi telefon danışığı olub”, - deyə Rusiya XİN-nin məlumatında qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   İlham-Əliyev   Putin  


Bizi "telegram"da izləyin