Ordu.az xəbər verir ki, bunu Ukraynada gürcü könüllüləri sırasında döyüşən Romeo Parulava “Mtavari” telekanalına müsahibəsində bildirib.
Romeo Parulava Baxmutda vəziyyətin çox mürəkkəb olduğunu, hazırda sağ qalanların və yaralıların meyitlərinin çıxarılmasına çalışdıqlarını söyləyib.
Qeyd edək ki, son 3 gündə Baxmut yaxınlığında 6 gürcü könüllü ölüb. İndiyə kimi isə Ukraynada döyüşlərdə 33 gürcü döyüşçü həyatını itirib. Onların arasında Gürcüstan vətəndaşları və Ukrayna vətəndaşı olan gürcülər var.
Ordu.az