“Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər” - Araxamiya

2022/03/40294-1648648678.jpg
Oxunub: 369     08:17     04 Dekabr 2022    
“Ukrayna Rusiya üçün təhlükəsizlik zəmanəti verə bilər, lakin bunun üçün işğalçı ölkə bir sıra şərtləri yerinə yetirməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya teleqramda yazıb.

“Ukrayna Rusiyaya təhlükəsizlik zəmanəti verməyə hazırdır. Bunun üçün kifayətdir: ölkəmizin ərazisini tərk etmək, təzminat ödəmək, bütün hərbi cinayətkarları cəzalandırmaq, nüvə silahını könüllü təslim etmək”, - Araxamiya bildirib.

O vurğulayıb ki, yalnız sadaladığı şərtlər yerinə yetirilərsə, Ukrayna danışıqlar masası arxasına əyləşib təhlükəsizlik təminatlarından danışa bilər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin