Ordu.az xəbər verir ki, bu prosesin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında həyata keçirilir.
Çıxış Bakı vaxtı ilə saat 16:16-da skafandrların avtonom enerji qəbuluna keçməsi ilə başlayıb. Astronavtlar kosmosda olacağı 7 saat ərzində həmçinin orbital stansiyanın dəyişdirilməsi ilə bağlı işləri də yerinə yetirəcəklər.
Kassada və Rubionun əvvəlki kosmosa çıxışı noyabrın 15-də baş tutub. O zaman onlar “iROSA”nın quraşdırılması üçün konstruksiya hazırlamışdılar.
Ordu.az