İranda əhalini etiraza çağıran 9 nəfər həbs edilib

2022/11/22110-1668875557.jpg
Oxunub: 284     22:40     03 Dekabr 2022    
İranda əhalini etiraz aksiyalarına çağıran 9 nəfər həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.

Rəsmi İRNA agentliyinin məlumatına görə, Fars əyalətinin prokuroru deyib ki, əhalini sosial şəbəkə vasitəsi ilə nümayişə çağıran xariclə əlaqəsi olan 9 nəfər saxlanılıb. Onların xarici dairələrdən təlimat aldığı bildirilir.

Prokurorluq saxlanılan şəxslərdən partlayıcı maddə götürüldüyünü də bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Aksiya  


Bizi "telegram"da izləyin