Ordu.az xəbər verir ki, bu barədə "Burkina24" xəbər portalı məlumat yayıb.
Rabitə, mədəniyyət, incəsənət və turizm naziri Jan Emmanuel Uedraoqonun imzaladığı kommünikedə deyilir ki, RFI terrorçu qrupların ölkə sakinlərinin vətəni müdafiə etmək üçün səfərbər olunmasının qarşısını almaq cəhdlərinə kömək edir.
Sənəddə vurğulanır ki, Burkina-Faso hökuməti RFİ jurnalistlərinin qərəzli münasibətindən və onların xalqın suverenlik uğrunda apardığı mübarizəni gözdən salmaq meylindən qəzəblənir.
Ordu.az