Ermənistan milli təhlükəsizliyinə təhdidi özü formalaşdırır – BAXIŞ BUCAĞI

2022/02/24054-1644834477.jpg
Oxunub: 261     14:55     03 Dekabr 2022    
Ermənistan parlamenti dekabrın 2-də keçirilən növbədənkənar sessiyasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı “Hayastan” müxalifət fraksiyasının hazırladığı bəyanat layihəsini qəbul etməyib. Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları layihənin lehinə səs verib, əleyhinə və bitərəf səslər olmayıb, lakin səs çoxluğu olan “Vətəndaş müqaviləsi” səsvermədə iştirak etmədiyi üçün layihə qəbul edilməyib.

Məlum olduğu kimi, bundan əvvəl də Ermənistan parlamentində müxalifətin təqdim etdiyi mətnin ortaq yanaşmalar müstəvisinə çıxarılması üçün birgə iş aparılsa da, qaneedici nəticə əldə edilməyib. Müxalifət və iqtidar fraksiyalarının deputatları ortaq məxrəc formalaşmayıb. Müxalifət bəyanatla bağlı prinsipial tələb irəli sürüb, ancaq hakim çoxluq hesab edir ki, bu bəyanat praktikada heç bir obyektiv fayda verməyəcək, əksinə, yeni eskalasiya üçün “qanuni əsas” yarada bilər.

Ermənistan parlamentində müxalifət və iqtidar arasında sərt qarşıdurma mövcuddur. Onlar arasında hətta milli məsələlərdə birlik əldə oluna bilinmir.

Hər bir ölkə üçün müxalifət-iqtidar dialoqu sabitliyin formalaşması üçün vacibdir, hətta milli təhlükəsizlik məsələsidir. Ermənistanda bu dialoqun formalaşmaması ölkənin çoxsaylı problemlərinə daha birini əlavə edir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin