Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan məlum olduğu kimi, BƏƏ prezidenti və vitse-prezidenti də daxil olmaqla, ərəb dünyasının bir çox liderləri ilə uzun müddətdir dostluq münasibətindədir. Sarkisyan bir il əvvəl Səudiyyə Ərəbistanına səfər edən ilk Ermənistan lideri olub. Bu vəziyyəti yalnız Sarkisyanın işgüzar münasibətləri ilə əlaqələndirmək düzgün deyil, ərəb ölkələri ilə münasibət onun prezidentliyindən əvvəl də müxtəlif kanallarda özünü göstərirdi. Sarkisyan artıq Ermənistanın prezidenti deyil, ancaq münasibətlər davam edir.
Böyük qlobal transformasiyalar kontekstində ərəb dünyası əsas aktor olmaq və dünya nizamı perspektivlərində özünün yeni yerini və rolunu təmin etmək iddiasındadır. Bu yer və rol ərəb ölkələrinin Yalta adlanan dünya düzənindəki rolundan keyfiyyətcə fərqli olacaq. Eyni zamanda, bu ölkələrin özləri arasında münasibətlər kifayət qədər mürəkkəbdir.
Ermənistanla BƏƏ və Səudiyyə kimi ölkələrin Türkiyəyə qarşı ortaq maraqları var. Türkiyə hər nə qədər ərəb ölkələri ilə münasibətləri düzəltmək üçün addımlar atsa da, bu dövlətlər hələ də rəqabətdədir. Qərb və Rusiya arasında balansı qoruya bilməyən Ermənistan görünür özü üçün yeni istiqamətlər axtarışındadır.
Aqil Məmmədov
Ordu.az