Rusiya yeni ballistik raketini sınaqdan keçirib - VİDEO
Oxunub: 327
15:23
03 Dekabr 2022
Rusiya Aerokosmik Qüvvələrinin hava və raket hücumundan müdafiə bölmələri Rusiyanın hava hücumundan müdafiə sistemi üçün hazırlanmış yeni raketin Strateji Raket Qüvvələrinin Qazaxıstandakı Sarı-Şaqan poliqonunda sınaq atışını uğurla həyata keçirib.
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik yeni raketin bir sıra sınaqlardan sonra müəyyən edilmiş xüsusiyyətlərə malik olduğunu və qoşunların təyin olunmuş hədəfi dəqiq atəşlə vuraraq tapşırığı uğurla yerinə yetirdiyini bildirib.