Banqladeş Ordusu Türkiyə istehsalı “Kobra-II” zirehli texnikalarından fəal şəkildə istifadə edir

2022/12/bangl-1670062030.jpg
Oxunub: 390     17:04     03 Dekabr 2022    
Banqladeşin müstəqilliyinin 50-ci ildönümü ilə bağlı keçirilən rəsmi paradda ölkənin təhlükəsizlik bölmələrinin silah sistemləri nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, mərasimdə Türkiyənin “Otokar” şirkətinin istehsal etdiyi “Kobra” və “Kobra II” zirehli maşınları iştirak edib.

Mərasimdə ROKETSAN-ın TRG-300 “Kaplan” raket sistemi də təqdim edilib.

Banqladeş ordusu Malidə BMT-nin MINUSMA sülhməramlı missiyasında “Kobra-II” zirehli texnikalarından fəal şəkildə istifadə edir.

Birləşmiş Millətlər Təşkilatının Malidə idarə etdiyi MINUSMA missiyası Təhlükəsizlik Şurasının 25 aprel 2013-cü il tarixli 2100 saylı qətnaməsi ilə ölkədəki siyasi prosesləri dəstəkləmək və təhlükəsizliklə bağlı bir sıra vəzifələri yerinə yetirmək üçün yaradılıb.

2022-ci ilin iyun ayında Banqladeş Ordusunun 1125 hərbi qulluqçusu BMT-nin MINUSMA missiyası çərçivəsində Malidə yerləşdirilib. Bu rəqəmə əlavə olaraq, Malidə 282 Banqladeş polisi də xidmət edir. Qətnamənin şərtlərinə görə, missiya əsas əhali mərkəzlərinin, mülki şəxslərin və rabitə xətlərinin mühafizəsini əhatə edir. Bundan əlavə, insan hüquqlarının monitorinqi, humanitar yardımın göstərilməsi, məcburi köçkünlərin geri qaytarılması, dövlət səlahiyyətlərinin genişləndirilməsi, azad, əhatəli və dinc seçkilərin hazırlanması missiyanın digər məqsədləri sırasındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Banqladeş   Türkiyə  


Bizi "telegram"da izləyin