Erməni polkovnik-leytenant İrəvanda hücuma məruz qalıb

2022/12/sdf45-1670061969.jpg
Oxunub: 471     19:50     03 Dekabr 2022    
Noyabrın 9-da İrəvanda İrəvan sakini, 67 yaşlı Tiqran Əzizyana hücum edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, noyabrın 9-da həmişəki kimi polkovnik-leytenant olan Tiqran Əzizyan öz evində, Şenqavit inzibati rayonu, Yeğişe Tadevosyan 7 ünvanında yerləşən binanın həyətində olarkən İrəvan sakini Narek Xaçatryan ona hücum edib.

Məlumata görə, hadisədən az sonra törədilmiş cinayətlə bağlı T. Əzizyan Ermənistan polisinin Şenqavit şöbəsinə müraciət edir, orada materiallar hazırlanır və onlar Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər istintaq idarəsinin Şenqavit istintaq şöbəsinə verilir, burada müstəntiq Norayr Marqaryan artıq cinayət işi aparır.

Müstəntiq hadisə yerinə gəlmək, bir neçə şəkil çəkmək və zərərçəkmişi məhkəmə-tibb həkiminə göndərməklə kifayətlənir. Lakin nədənsə, hadisənin necə baş verdiyini əks etdirən video çəkiliş olsa da, müstəntiq bu ana qədər xəsarət almış T.Əzizyanla əsas şübhəli arasında üzləşdirmə aparmayıb.

Hadisədən bir neçə gün sonra A. Xancyan adına məktəbin direktoru əmr verir, bu əmrlə T.Əzizyan xəbərdarlıq edilmədən məktəbin hərbi elmlər müəllimi vəzifəsindən azad edilir və onunla bağlanmış müqaviləyə xitam verilir.

Bu gün məlum səbəblərdən kamera qarşısında danışmaqdan imtina edən məktəbin bir neçə əməkdaşı belə deyib: “Əvvəlcə Narekin valideynlərinin yaşında olan bir kişiyə əl uzatmağa cəsarət etdiyini biləndə təəccübləndik. Xüsusilə ona görə ki, həmin şəxs məktəbimizin ən yaxşı müəllimlərindən biri, işlədiyi müddətdə məktəbimizi daim uca tutmuş yoldaş Əzizyandır. Onun sayəsində məktəb bir neçə stimul aldı. Onun əməyinin nəticəsidir ki, məktəbimizin şagirdləri həmişə öz bilikləri ilə parlayıblar. Amma bu, direktorun qərarıdır. Ola bilsin ki, o, Azərbaycan tərəfinin başına mükafat vəd etdiyi yoldaş Əzizyanı bu yolla susdurmağa çalışıb. Sadəcə, indi adlarımızı açıqlamırıq ki, direktor bizi də sıxmasın”.

T. Əzizyan işinə qayıtmaq üçün müvafiq qurumlara da müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Polkovnik-leytenant   Hücum  


Bizi "telegram"da izləyin