Finlandiya 350 ədəd “Stinger” raketi sifariş edib

2022/12/FIM-9-1670061968.jpg
Oxunub: 370     17:44     03 Dekabr 2022    
Finlandiya 350 ədəd “Stinger” hava hücumundan müdafiə raketləri (MANPADS) alacaq.

Ordu.az xəbər verir ki, ABŞ Dövlət Departamenti raketlərin satılmasına razılıq verib.

Qərara ümumi dəyəri 380 milyon ABŞ dolları olan 350 ədəd FIM-92K “Stinger” raketi daxildir.

Müqavilənin əsas icraçıları “Raytheon” və “Lockheed Martin” şirkətləri olacaq.

“Təklif olunan satış Finlandiyanın müdafiə və çəkindirmə imkanlarını artıracaq. Finlandiya milli ehtiyatını artırmaq üçün bu müdafiə materiallarından və xidmətlərindən istifadə etməyi planlaşdırır. Bu kritik platforma ABŞ-ın Avropa Komandanlığının əsas prioritetlərini, Avropanın şimal cinahında quru və hava hücumundan müdafiə imkanlarını gücləndirəcək. Finlandiya bu texnikanı silahlı qüvvələrinə uyğunlaşdırmaqda çətinlik çəkməyəcək”, - deyə açıqlamada qeyd olunur.

Maksimum 8 kilometr mənzilə malik olan “Stinger” raketi 3,5 kilometr yüksəklikdəki hədəflərə qarşı istifadə olunur. İnfraqırmızı sistemlə idarə olunan raketin çəkisi 12,7 kiloqramdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stinger   Finlandiya  


Bizi "telegram"da izləyin