Ordu.az xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə erməni ekspert Suren Sarkisyan deyib.
Onun sözlərinə görə, Riker Minsk qrupuna və onun perspektivinə də şübhə ilə yanaşır.
“ABŞ və Rusiya Minsk qrupunda əvvəlki kimi dil tapa və işləyə bilmirlər. Minsk qrupunu dəfn etmək Azərbaycana lazımdır”, - deyə Sarkisyan qeyd edib.
Minsk qrupunun amerikalı həmsədri Rikerin regional səfərinə gəlincə, Sarkisyan səfərin informativ xarakter daşıdığını düşünür.
“ABŞ Ermənistanın necə danışıqlar apardığını və hansı yolla getdiyini anlamağa çalışır”, - deyə beynəlxalq məsələlər üzrə erməni ekspert əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az