Ordu.az xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.
2022-ci ilin noyabr ayında Türkiyənin müdafiə sənayesi 503,2 milyon dollarlıq məhsul ixrac edib. Bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 31.6% artım deməkdir.
İlin sonu üçün 4 milyard dollarlıq ixrac hədəfi olan sektor 2022-ci ilin ilk 11 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,7% artımla cəmi 3 milyard 770 milyon dollar ixraca nail olub.
Sektorun noyabr ayı ixracat xəbərlərində ROKETSAN və HAVELSAN şirkətləri önə çıxıb. ROKETSAN İndoneziyaya ballistik raketlər və hava hücumundan müdafiə raketləri, HAVELSAN isə ADVENT döyüş idarəetmə sistemini ixrac edib.
Sevinc Əliyeva
Ordu.az