Ordu.az xəbər verir ki, bunu erməni tarixçi Aşot Nersisyan deyib.
Onun sözlərinə görə, Qarabağ məsələsinin mövcudluğu vulkan üzərindədir, Ermənistan iki atla oynaya bilməz.
“Azərbaycan Qərblə bir növ oyun oynayır. Biz ilk növbədə Azərbaycanla danışmalıyıq. Bu, vasitəçiliklə təşkil edən danışığın nəticəsidir”, - deyə Nersisyan qeyd edib.
Lavrovun bəyanatını şərh edən erməni tarixçi bildirib ki, Lavrov Qərbin Qarabağ məsələsi və Ermənistanla Azərbaycan arasında demarkasiya gündəmindən qaçmağa çalışdığını açıq şəkildə ifadə edir.
“Lavrov hiyləgər diplomatik çıxış edib: belə gedirsinizsə, Qarabağ Azərbaycanın bir hissəsi olur. Bütün təhlükəsizlik sistemini Rusiya tərəfi ilə birləşdirdiyin zaman bu, ən yüksək dəyəri - müstəqilliyi itirmək deməkdir”, - deyə Nersisyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az