“Müharibə bu gün də bitməyib, Azərbaycan hakimiyyəti öz bəyanatlarında bunu gizlətmir” - Nazaryan

2022/12/5sd4f-1670060145.jpg
Oxunub: 413     16:46     03 Dekabr 2022    
“Azərbaycanın bu taktikası ilk növbədə bizim qeyri-adekvat hərəkətlərimizlə bağlıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Razm.info” saytının analitiki Robert Nazaryan deyib.

Onun sözlərinə görə, bütün bunlardan başqa, Azərbaycan Ordusu cəbhə xəttində möhkəmləndirmə işləri aparır, döyüş mövqelərini gücləndirir.

“Onların bir il yarımdan artıqdır ki, Zəngəzur və Göyçədə yerləşən bölmələri var. Lakin bütün bunlara adekvat addımlar və cavablar olmur. Necə deyərlər, yemək yeyəndə iştaha açılır. Mümkün yeni hərbi əməliyyatlar üçün münbit zəmin yaratmaq məqsədi də bu kontekstdədir. Amma ümumilikdə Azərbaycanın taktikasının əsası adekvat hərəkətlər, addımlar olana qədər maksimumu əldə etməkdir. Müharibə bu gün də bitməyib, Azərbaycan hakimiyyəti öz bəyanatlarında bunu gizlətmir. Hətta yüksək tribunalardan Ermənistan haqqında son dərəcə aqressiv tonda danışırlar. Sülh gündəmi deyilən şeydən yalnız indiki hakimiyyətimiz danışır. Azərbaycanın isə müharibə aparmaq nöqteyi-nəzərindən taktikası demək olar ki, eynidir, dəyişməyib. Həmin taktikanın əsası həm də hər hansı hərbi əməliyyat həyata keçirməzdən əvvəl informasion zəmin hazırlamaqdır”, - deyə Nazaryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nazaryan   Ermənistan  


Bizi "telegram"da izləyin