Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, Lavrov sənəd imzaladığını qeyd edib və sənəddə deyilir ki, BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tanınan sərhədlər demarkasiya prosesi və sülh sazişləri üçün əsas olmalıdır.
“Rusiya xarici işlər nazirinin qiymətləndirmələri Ermənistanda qızğın müzakirələrə səbəb olub, siyasi qüvvələrin bəyanatları da olub. Bu silsilədə Ruben Vardanyanın adı ilə əlaqələndirilən “Yaşanılası ölkə” partiyasının geniş bəyanatı diqqəti cəlb edib. Bəyanatda qeyd olunmuşdu ki, Rusiya Federasiyası xarici işlər nazirinin bəyanatında Ermənistanın ilkin şərt olmadan Alma-Ata bəyannaməsini imzalaması ilə bağlı bəzi qeyri-müəyyənliklər var. Bu bəyanat özlüyündə Ruben Vardanyanın “ənənəvi olaraq” “Moskva layihəsi” kimi qiymətləndirilməsi, “Moskvadan Qarabağa göndərilməsi”, “Kreml köməkçisi” və s. fonunda diqqətəlayiqdir. Lakin faktiki olaraq onunla əlaqələndirilən partiya Rusiya xarici işlər nazirinə “Qarabağın statusu” ilə bağlı kifayət qədər sərt şəkildə qarşı çıxır, onunla uzaqdan debata girir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az