“Bu, sülh deyil, müharibə anlayışıdır, çünki bu şəkildə İrəvanı da təslim etmək olar” - Tevanyan

2022/10/1666080726.jpg
Oxunub: 404     16:03     03 Dekabr 2022    
“Məqsədimiz o idi ki, parlament bu bəyanatı qəbul etsin, çünki dövlətimizin Azərbaycana cavab verməsi çox vacibdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan parlamentin xarici əlaqələr komissiyasının iclasında deyib.

“Bildiyimiz kimi, biz hakim fraksiya ilə ortaq məxrəcə gəlməmişik, çünki yanaşmalarımızda çoxlu fundamental fərqlər var. Biz bu yanaşmalardan danışmayacağıq, onları plenar iclasda təqdim edəcəyik. Təəssüf edirəm ki, bu fərqlər mövcuddur. Mən ictimaiyyətimizi müzakirələri və fikirləri izləməyə çağırıram. Sadəcə, istərdim ki, hakim fraksiya deputatları sona qədər açıq şəkildə desinlər ki, niyə bizim bəyanatımızın əleyhinədirlər”, - deyə erməni deputat bildirib.

Tevanyanın sözlərinə görə, iki fəlsəfi yanaşma var.

“Biri Qarabağ bahasına sülhə nail olmaq, yəni Qarabağı Azərbaycana vermək bahasına sülhə nail olmaqdır. Fikrimizcə, bu, sülh deyil, müharibə anlayışıdır, çünki bu şəkildə İrəvanı da təslim etmək olar. Bizim yanaşmamız fərqlidir, təhlükəsizliyimizin “qırmızı xətlər”ini qorumaqla əsl sülhə can atmalıyıq, bununla da həm rəqiblərimizə, həm də dostlarımıza ölkəmizin mənafeyini sona qədər qorumağa hazır olacağımız mesajını verməliyik. Ermənistan parlamentində belə radikal ideoloji müxalifətin olması təəssüf doğurur”, - deyə erməni deputat vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tevanyan   Ermənistan  


Bizi "telegram"da izləyin