Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geğam Manukyan deyib.
Onun sözlərinə görə, indi Rusiyanın xarici işlər naziri bunu qeyd edir.
“Təəssüf ki, indi Rusiyanın xarici işlər naziri bunu qeyd edir. Baxmayaraq ki, Lavrovun Alma-Ata bəyannaməsi ilə bağlı verdiyi, Ermənistanın həmin bəyannamə ilə Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı olan şərhi ilə razı deyiləm. Ermənistan həmin bəyannaməni qeyd-şərtlə ratifikasiya edib”, - deyə Manukyan qeyd edib.
Manukyan qeyd edib ki, son 30 ildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına əsas kimi Alma-Ata bəyannaməsi heç vaxt xatırlanmayıb.
“Bu tezisi ilk dəfə Ermənistanda indiki Ermənistan hökuməti tirajlayıb. Bu gün də Azərbaycan dəyirmanına su tökən hakim fraksiya tərəfindən müzakirəyə çıxarılan tezislər davam edir”, - deyə o bildirib.
Erməni deputat əlavə edib ki, Praqadakı şifahi razılaşmalar Rusiya tərəfini Soçidə çox çətin vəziyyətə salıb.
Alpər Mövludoğlu
Ordu.az