Öldürülümş erməni kursantın atası: “Ermənistanda nə qədər vəhşicəsinə qətl baş versə də, onu adi qətlə çevirirlər”

2022/12/gf54h-1670059391.jpg
Oxunub: 321     16:57     03 Dekabr 2022    
Zərərçəkən tərəf Ermənistanın Vazgen Sarkisyan adına Hərbi İnstitutunun kursantı Haykaz Barseğyanın qətli ilə bağlı hökmdən Apellyasiya Məhkəməsinə şikayət verib.

Ordu.az xəbər verir ki, bunu Haykaz Barseğyanın atası Arkadi Barseğyan məlumat verib.

Onun sözlərinə görə, məhkəmə iclaslarında mütəmadi olaraq vurğulanırdı ki, müttəhimlər gəncdir.

“Mən bu qərarla razı deyiləm. Məhkəmə iclaslarında mütəmadi olaraq vurğulanırdı ki, müttəhimlər gəncdir, amma oğlum da gəncdir. Mən təəccüblənmirəm ki, bizdə bu adamlar hətta azadlığa çıxa bilərlər. Belə çıxır ki, Ermənistanda nə qədər vəhşicəsinə qətl baş versə də, onu adi qətlə çevirirlər”, - deyə Barseğyan bildirib.

Qeyd edək ki, İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi hakim Davit Harutyunyanın sədrliyi ilə aprelin 5-də hökmü açıqlayıb. Barseğyanın qətlində təqsirləndirilən Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin