Ukrayna BQ: Rusiya qoşunlarına məxsus 1 helikopter və 6 “Orlan-10” tipli PUA vurulub

2022/04/ukray-1650095437.jpg
Oxunub: 253     10:57     03 Dekabr 2022    
Ukrayna hərbçiləri Luqansk və Donetsk vilayətlərində düşmənin hücumlarını uğurla dəf edib.

Ordu.az xəbər verir ki, bu barədə “Report” Ukrayna Baş Qərargahının gündəlik xülasəsinə istinadən xəbər verir.

“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Çervonopopovka və Donetsk vilayətinin Soledar, Poprosnoye, Nevelskoye, Krasnoqorovka və Maryinka yaşayış məntəqələri ərazilərində Rusiya hərbçilərinin hücumlarını dəf edib”, - məlumatda deyilir.

Müdafiə Qüvvələrinin aviasiyası son sutka ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 17, düşmənin zenit-raket komplekslərinin mövqelərinə isə 3 zərbə endirib.

Ötən sutka ərzində Rusiya qoşunlarına məxsus bir helikopter və 6 “Orlan-10” tipli PUA vurulub.

Ukrayna mətbuatının məlumatına görə, dekabrın 3-nə keçən gecə Dnepropetrovsk vilayətinin Nikopol rayonu və Zaporojye vilayətinin yaşayış məntəqələri “Qradlar” və ağır artilleriyadan 9 dəfə hücuma məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin