KİV: Avstraliya Parlamentinin nümayəndə heyəti Tayvana səfər edəcək

2021/06/60bf1-1623136096.jpg
Oxunub: 267     05:25     03 Dekabr 2022    
Avstraliya Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti dekabrın 5-də Tayvana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “The Australian” qəzeti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə Avstraliyanın keçmiş baş nazirinin müavini, Avstraliya Milli Partiyasının lideri Barnabi Coysun rəhbərlik edəcək.

Avstraliyalı parlamentarilər beş günlük işgüzar səfər çərçivəsində Tayvan Administrasiyasının rəhbəri Tsay İnven daxil olmaqla, rəsmi şəxslərlə görüşəcəklər. Onlar ikitərəfli ticarət məsələlərini, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsini, həmçinin azad ticarət sazişinin imzalanmasının perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, avstraliyalı deputatlar Tayvandakı bir sıra müəssisələrə baş çəkməyi və iş adamları ilə danışıqlar aparmağı planlaşdırırlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Tayvan  


Bizi "telegram"da izləyin