"Bayraktar AKINCI" TOLUN ilə atışla hədəfini tam dəqiqliklə vurub

2022/12/bayra-1670004082.jpg
Oxunub: 406     19:59     02 Dekabr 2022    
Türkiyənin milli "Bayraktar AKINCI" pilotsuz uçuş aparatı (PUA) milli olaraq hazırlanmış və ilk dəfə PUA-dan atılan TOLUN Miniatür Bomba ilə həyata keçirdiyi sınaq atışında hədəfini tam dəqiqliklə vurub.

Ordu.az xəbər verir ki, bu barədə "Baykar" şirkətindən bildirilib.

Qeyd edilib ki, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən "Bayraktar AKINCI" layihəsi çərçivəsində yerli istehsal olan yeni sursat və sistemlərin "Baykar" tərəfindən milli və orijinal olaraq hazırlanmış "Bayraktar AKINCI" PUA-ya inteqrasiyası uğurla davam edir.

"Bu çərçivədə ASELSAN tərəfindən hazırlanmış TOLUN Miniatür Bombanın 2 dekabr 2022-ci il cümə günü sınaq atışları uğurla tamamlandı. Tekirdağdan havaya qalxan "Bayraktar AKINCI" Çorlu Bayraktar AKINCI Uçuş Tədris və Test Mərkəzinin gövdəsinin altında 4 ədəd Miniatür Bomba ilə Konya atış testi keçirmək üçün Karapınar Atıcılıq Test və Qiymətləndirmə Mərkəzinə yollanıb. Burada "Bayraktar AKINCI" tərəfindən atılan yerli və milli sursat TOLUN Miniatür Bomba GPS/INS rəhbərliyi ilə hədəfi vurdu.

"Bayraktar AKINCI" müvəffəqiyyətlə atılan TOLUN Miniatür Bomba, GPS/INS rəhbərliyi sayəsində ilk dəfə pilotsuz uçuş aparatı platformasında sınaqdan keçirildi və hədəfini 30 kilometr məsafədən 26.000 fut yüksəklikdən dəqiq bir zərbə ilə vurdu", - məlumatda deyilir.

Qeyd edək ki, "Baykar" şirkəti təxminən 20 il əvvəl pilotsuz uçuş aparatlarının yaradılmasına başladığı ilk vaxtdan bəri ümumi gəlirinin 75%-ni ixracatdan əldə edib. Türkiyə İxracatçılar Məclisi tərəfindən 2021-ci ildə müdafiə və aerokosmik sektorda ixracat lideri elan edilən "Baykar" 2022-ci ildə 18 fərqli ölkəyə 1 milyard dollardan çox ixracat həyata keçirib. "Baykarın" 2022-ci ildə imzaladığı müqavilələrin 98%-ni ixrac müqavilələri təşkil edib. 2022-ci ilə qədər "Bayraktar TB2" SİHA-lar üçün 25 ölkə ilə, "Bayraktar AKINCI" üçün isə 5 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baykar   Akıncı  


Bizi "telegram"da izləyin