İspaniya Ukraynaya ilk “Hawk” HHM sistemlərini təqdim edib

2022/12/31db9-1670001869.jpg
Oxunub: 349     21:23     02 Dekabr 2022    
“İspaniya bundan sonra da Ukraynaya dəstəyini davam etdirəcək. Artıq ilk “Hawk” hava hücumundan müdafiə sistemləri ölkəyə gətirilib”.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov tviter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, İspaniya Ukraynaya humanitar yardım göstərməklə yanaşı, təhlükəsizlik sahəsində də yardımı davam etdirəcək.

“Daha çox əsgərimiz İspaniyada təlim keçəcək”, - nazir yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Ukrayna  


Bizi "telegram"da izləyin