Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan və Kanada XİN rəhbərləri Ermənistan-Kanada qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi üçün imkanları müzakirə ediblər. Bu kontekstdə Kanadanın İrəvanda səfirlik açmaq barədə qərarı da müzakirə olunub.
XİN rəhbərləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından irəli gələn məsələləri müzakirə ediblər.
Kanadalı nazir Cənubi Qafqaz regionunda sabitliyin qorunmasında Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki monitorinq missiyasının rolunu vurğulayıb və missiyanın fəaliyyətini dəstəklədiyini bildirib.
Ordu.az