Ordu.az xəbər verir ki, bunu Ermənistan Baş Prokurorluğun mətbuat xidməti bildirib.
Yüksək rütbəli hərbçi bir il ərzində 8 tondan çox benzin və dizel yanacağı talonunu mənimsəyib. Onun 1 il ərzində mənimsədiyi yanacaq talonlarının pul ekvivalentində ümumi dəyəri 2,44 milyon dram (6 min ABŞ dolları) təşkil edib.
Hərbi hissə komandiri barədə açılmış iş Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib və özünü təqsirli bilən şəxs əməllərini etiraf edib, dövlətə dəymiş ziyanı da ödəyib.
Prokuror isə Ermənistan Müdafiə Nazirliyi qarşısında təqsirləndirilən şəxsin hərbi xidmətini bundan sonra da hərbi hissə komandiri kimi davam etdirməsinin məqsədəuyğunluğunu nəzərdən keçirməsi barədə vəsatət qaldırıb.
Ordu.az