Ermənistan parlamenti Azərbaycan Milli Məclisinə ünvanlanmış bəyanatı qəbul etməyib

2022/12/6389e-1669981313.jpg
Oxunub: 365     15:22     02 Dekabr 2022    
Ermənistan parlamenti müxalifətin Azərbaycan Milli Məclisinə ünvanladığı bəyanatı qəbul etməyib.

Ordu.az xəbər verir ki, müxalif “Hayastan” fraksiyasının təşəbbüsü ilə hazırlanan sənəd layihəsini səsvermədə iştirak edən 97 deputatdan cəmi 29 nəfər dəstəkləyib.

Digərləri isə bitərəf qalıb.

Səsvermədən əvvəl iqtidar və müxalifət arasında üç saatlıq danışıqlar prosesi baş tutub və gərgin müzakirələr aparılıb.

Bəyanatın mətnində olan “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası”, “Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ” və bir sıra başqa ifadələr hakim fraksiyanın xoşuna gəlməyib.

Qeyd edək ki, bu gün Ermənistan parlamentinin növbədənkənar iclası çağırılıb. İclasda müxalif “Hayastan” blokunun təklifi ilə noyabrın əvvəllərində Azərbaycan parlamentinin qəbul etdiyi sənədə cavab olaraq bəyanatın qəbul edilməsi təklif olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan  


Bizi "telegram"da izləyin