Ordu.az xəbər verir ki, Paul İddonun yazdığı məqalədə xüsusilə “TCG Anadolu” və “Kızılelma” vurğulanıb.
İddon “TCG Anadolu” və “Kızılelma” haqqında çox danışıb. Məqalədə flaqman olaraq xarakterizə edilən “TCG Anadolu”nun unikal təyyarə arsenalına malik olduğu diqqətə çatdırılıb.
Türk donanmasının əvvəlkindən qat-qat güclü olduğunu vurğulayan “Forbes” “TCG Anadolu”, “Bayraktar TB3” və TB2-ni tərifləyib.
“Baykar” “Anadolu”da yerləşdirilməsi nəzərdə tutulmuş, dəniz əməliyyatları üçün hazırlanmış və çox ixrac edilən məşhur TB2-nin qatlanan qanadlı xüsusi dəniz versiyası olan “Bayraktar TB3” üzərində də çalışır. Nisbətən yığcam ölçüləri sayəsində “Anadolu” təxminən 30-50 TB3 daşıya biləcək”, - deyə məqalədə qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az