Ordu.az xəbər verir ki, Ər-Riyadda keçirilən imzalanma mərasimində Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman bin Əbdüləziz və İspaniyanın sənaye naziri Reyes Maroto İllera və digər şəxslər iştirak edib.
Səudiyyə Ərəbistanının “Vizyon 2030” proqramına uyğun olaraq imzalanan müqavilə ölkənin Hərbi Dəniz Qüvvələrinin hazırlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Anlaşma Memorandumunun məqsədi hərbi gəmiqayırma, döyüş sistemlərinin inteqrasiyası və gəmilərə texniki xidmət sahəsində 100%-ə qədər mərkəzsizləşdirməni təşviq etməkdir. Bu razılaşma ilə Səudiyyə Ərəbistanının müdafiə sektorunun əhəmiyyətli bir texnoloji qazanc əldə etməsi hədəflənir.
“Vizyon 2030” proqramına Səudiyyə Ərəbistanı 2030-cu ilə qədər hərbi xərclərinin ən azı 50%-ni yerli şirkətlərə köçürməyi hədəfləyir. Bu məqsədlə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi xarici hərbi satınalmalarda birgə istehsal modelinə gedir.
Sevinc Əliyeva
Ordu.az