Ordu.az xəbər verir ki, təqdim ediləcək təyyarə B-2 “Sprit”ləri əvəz edəcək.
Görünüş baxımından B-2 ilə oxşar xüsusiyyətlərə malik olacaq B-21 “Raider” ilk dəfə 2019-cu ildə təqdim edilib. Təxminən 8 min personalın çalışdığı layihədə gələn il ilk uçuşun edilməsi və 2026-cı ildə kütləvi istehsala başlanması hədəflənir.
“Stels”, yəni çox aşağı radar görmə qabiliyyətinə malik olacaq təyyarə, daşıdığı xüsusi sursatla hədəfə çox yaxınlaşmadan atəş edə biləcək. Həm pilotlu, həm də pilotsuz olaraq istifadə olunacaq B-21, əməliyyat bölgəsində uçan PUA sistemlərinə də komanda və idarəetməni təmin edəcək.
B-21 “Raider” ABŞ hava qüvvələri üçün gələcəyin əsasını təşkil edəcək. Təyyarə məlumatların, sensorların və silahların qabaqcıl inteqrasiyası vasitəsilə yeni qabiliyyət və çeviklik təklif edəcək.
Təyyarə əslində “rəqəmsal bombardmançı” təyyarə kimi təsvir edilir. “Northrop Grumman” B-21 proqramında istehsal riskini azaltmağa və müasir davamlılıq təcrübələrini təmin etməyə kömək etmək üçün çevik proqram təminatı, qabaqcıl istehsal üsulları və rəqəmsal mühəndislik alətlərindən istifadə edib.
Sevinc Əliyeva
Ordu.az