Ordu.az xəbər verir ki, tərəflər arasında artıq müqavilə imzalanıb.
Beləliklə, Yaponiya Hərbi Hava Qüvvələrinə verilən tanker təyyarələrinin sayı 6-ya çatacaq.
Yaponiya “Boeing”in 747 sərnişin təyyarəsi üzərində hazırladığı KC-46-nın ilk xarici müştərisi olub. Daha sonra İsrail də bu təyyarələrdən sifariş edib.
“Boeing” ilk KC-46A tanker təyyarəsini 2021-ci ilin oktyabrında, ikincisini isə 2022-ci ilin fevralında Yaponiyaya təhvil verib.
Sevinc Əliyeva
Ordu.az