Ordu.az xəbər verir ki, Kanadanın “Bombardier” şirkətindən alınacaq “Global 6000” seriyalı uzun mənzilli biznes təyyarəsi SIGINT platformasında hazırlanacaq.
Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin HAVA-SOJ adlı layihəsində eyni tipli təyyarə TUSAŞ və ASELSAN tərəfindən hazırlanır.
Almaniyada həyata keçirilən SIGINT Platforması üzərində iş ötən ilin avqustunda başlayıb, 3 ədəd “Global 6000” tipli təyyarə alınıb.
Məqsəd bu təyyarələrin modifikasiyasını başa çatdıraraq 2028-ci ildə istifadəyə verməkdir. Alınan üç platformadan ikisi hələ də Hamburqdakı “Lufthansa Technik” müəssisələrindədir.
Sevinc Əliyeva
Ordu.az