Almaniya yerli siqnal kəşfiyyatı təyyarələri hazırlayır

2022/12/alman-1669978821.jpg
Oxunub: 270     15:59     03 Dekabr 2022    
Almaniya Siqnal Kəşfiyyatı (SIGINT) üçün istifadə ediləcək təyyarə üzərində işlərə başlayıb.

Ordu.az xəbər verir ki, Kanadanın “Bombardier” şirkətindən alınacaq “Global 6000” seriyalı uzun mənzilli biznes təyyarəsi SIGINT platformasında hazırlanacaq.

Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin HAVA-SOJ adlı layihəsində eyni tipli təyyarə TUSAŞ və ASELSAN tərəfindən hazırlanır.

Almaniyada həyata keçirilən SIGINT Platforması üzərində iş ötən ilin avqustunda başlayıb, 3 ədəd “Global 6000” tipli təyyarə alınıb.

Məqsəd bu təyyarələrin modifikasiyasını başa çatdıraraq 2028-ci ildə istifadəyə verməkdir. Alınan üç platformadan ikisi hələ də Hamburqdakı “Lufthansa Technik” müəssisələrindədir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SIGINT   Almaniya  


Bizi "telegram"da izləyin