Yunanıstan Britaniyanın C-130J “Hercules” hərbi nəqliyyat təyyarəsi ilə maraqlanır

2022/12/c-130-1669978657.jpg
Oxunub: 2138     15:08     03 Dekabr 2022    
Yunanıstan Böyük Britaniyanın inventarından çıxarılacaq C-130J “Hercules” hərbi nəqliyyat təyyarəsi ilə maraqlanır.

Ordu.az xəbər verir ki, bu məqsədlə Yunanıstan və Britaniya hərbi rəsmiləri arasında telefon danışıqları həyata keçirilib.

Britaniya 2023-cü ilə qədər C-130J “Hercules” təyyarə parkının hamısını ləğv edəcəyini açıqlayıb. Sözügedən təyyarələr A400M “Atlas”, C-17 “Globemaster” və “Voyager” nəqliyyat təyyarələri və tankerləri ilə əvəzlənəcək.

Rəsmi London C-130J təyyarələri ilə yanaşı, “Boeing” istehsalı “E-3D Sentry AEW1” təyyarələrinin də satılacağını açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Herculus  


Bizi "telegram"da izləyin