İsrail hərbi gəmidən “Barak LRAD” HHM raketini sınaqdan keçirib - VİDEO

2022/12/1669978329.jpg
Oxunub: 623     15:32     02 Dekabr 2022    
İsrail donanmasına məxus “Saar 6” korvetindən “Barak LRAD” Hava Hücumundan Müdafiə (HHM) raketinin sınaq buraxılışı həyata keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə raketin istehsalçısı ilan IAI şirkəti məlumat yayıb.

“İsrail Müdafiə Nazirliyi və İsrail Hərbi Dəniz Qüvvələri ilə birlikdə İsrail donanmasının “Saar-6” korvetində quraşdırılmış “Barak MX” Hava Hücumundan Müdafiə Sisteminin bir hissəsi olan LRAD uzaqmənzilli raketinin sınaq atışlarını uğurla başa çatdırdıq”, - deyə açıqlamada bildirilir.

2021-ci ilin may ayında edilən açıqlamada İsrail Hərbi Dəniz Qüvvələrinin yeni Saar 6” sinif gəmilərinin “Barak MX” HHM sistemi ilə təchiz ediləcəyi açıqlanıb.

Qeyd edək ki, bundan əvvəl İsrail “Saar-6” korvetində “Dəmir Günbəz” HHM sisteminin dəniz variantı ola “C-Dome” sistemini yerləşdirib.

“Saar 6” sinif korvetləri 2015-ci ilin may ayında İsrail Hərbi Dəniz Qüvvələri üçün Almaniyadan sifariş edilib. 4 ədəd korvetin tikintisi üçün 450 milyon dollarlıq müqavilə imzalanıb.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Saar-6   Barak  


Bizi "telegram"da izləyin