Ordu.az xəbər verir ki, 12.000 m2 qapalı sahəsi olan binada Hava Hücumundan və Raket Əleyhinə Müdafiə Layihələrinin kütləvi istehsal ehtiyacları qarşılanacaq.
Mərkəzdə Hava Hücumundan və Raket Əleyhinə Müdafiə Layihələrinin inkişafı və kütləvi istehsalı, inteqrasiya, sınaq və yoxlama fəaliyyətlərinin effektiv icrası üçün müvafiq infrastrukturlar qurulub.
Mərkəz ümumilikdə iki hissədən ibarətdir: Sistem İstehsalı və İnteqrasiya Binası və Test İdarəetmə Mərkəzi.
Obyekt bütün test fəaliyyətlərinin planlaşdırılması, koordinasiyası, uzaqdan idarə edilməsi, sınaqlar zamanı/sonrası əldə edilən məlumatların qeydə alınması, təhlili və qiymətləndirilməsi üçün istifadə olunacaq.
Sevinc Əliyeva
Ordu.az