Deputat şəhid ailələrinə və qazilərə aid evlərin çıxarış probleminə toxunub

2021/05/60a79-1621597724.jpg
Oxunub: 254     13:54     02 Dekabr 2022    
Azərbaycan bölgələrində şəhid ailələri və qazilər üçün tikilən evlərə çıxarışların verilməsi aylarla uzadılır.

Ordu.az xəbər verir ki, bunu Milli Məclisinin plenar iclasında deputat Əziz Ələkbərov deyib.

"Nəticədə kommunal xidmətlər göstərən qurumlar aiddiyəti xidmətləri göstərə bilmirlər. Soyuqların düşdüyü bir vaxta bunun nə anlama gəldiyi hamıya aydındır və bu məsələ təcili həll edilməlidir", - deputat bildirib.

Onun sözlərinə görə, kənd evlərində mənzillərin əksəriyyətinin çıxarışı yoxdur: "Belə bir şəraitdə "Azəriqaz" İB və "Azərişıq” ASC-nın şəhid ailələri və qazilər üçün tikilən evlərin qaz və işıqla təmin olunmaması məsələsini də çıxarışa bağlamasını normal hesab etmirəm".

Ə. Ələkbərov vurğulayıb ki, şəhid ailələrin və qazilərin problemlərinin həlli ilə bağlı böyük işlər görülür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Azərbaycan  


Bizi "telegram"da izləyin