“Blinkenin təşəbbüsü ilə tərəflərin Vaşinqton və ya Nyu-Yorkda görüşəcəyi istisna edilmir” - Krivoşeyev

2022/04/100-3-1650367020.jpg
Oxunub: 451     17:33     02 Dekabr 2022    
“Regionda sülh üçün heç bir ilkin şərt yoxdur”.

Ordu.az xəbər verir ki, “Kommersant” qəzetinin müxbiri Kirill Krivoşeyev belə hesab edir.

Onun sözlərinə görə, sonuncu erməni Qarabağı tərk etsə belə, sərhəddə sülh olmayacaq.

Krivoşeyev hesab edir ki, hələlik Ermənistan hakimiyyəti Qərb versiyasına meyllidir, lakin bu, (qondarma – red.) “status məsələsi”ni bağlayır.

“Brüsseldə ləğv edilmiş görüşün əvəzinə Blinkenin təşəbbüsü ilə tərəflərin Vaşinqton və ya Nyu-Yorkda görüşəcəyi istisna edilmir”, - deyə Krivoşeyev qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin