Erməni ekspert: “Zəngəzur Türkiyənin geosiyasi planındadır, o, Qarabağ vasitəsilə Zəngəzura yaxınlaşıb”

2022/10/dsfsd-1666779742.jpg
Oxunub: 526     20:19     02 Dekabr 2022    
“Türkiyə Ermənistanla münasibətlərin yekun tənzimlənməsini İrəvan və Bakı arasında sülh müqaviləsinin imzalanması ilə əlaqələndirəcək”.

Ordu.az xəbər verir ki, erməni türkşünas Nelli Minasyan deyib.

Onun sözlərinə görə, Türkiyənin Ermənistanla münasibətlərinin daxili siyasi diskursda heç bir çəkisi yoxdur və mühüm yer tutmur.

Minasyan qeyd edib ki, Ermənistan-Türkiyə nizamlanması prosesi sırf ikitərəfli proses deyil.

“Zəngəzur Türkiyənin geosiyasi planındadır. O, Qarabağ vasitəsilə Zəngəzura yaxınlaşıb”, - deyə Minasyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Türkiyə  


Bizi "telegram"da izləyin