ABŞ-ın Ermənistandakı səfirliyinə namizəd: “Ermənistan-Azərbaycan münaqişəsinin həlli imperativdir”

2022/12/l-0x0-1669968096.jpg
Oxunub: 301     13:45     02 Dekabr 2022    
“Ermənistan-Azərbaycan münaqişəsinin həlli Ermənistanın və Cənubi Qafqazın dinc gələcəyi üçün imperativdir”.

Ordu.az xəbər verir ki, bu barədə ötən gün Senatın Xarici Əlaqələr Komitəsində prezident Co Baydenin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədi Kristina Kvin məlumat verib.

Səfir kimi təsdiqlənməsi üzrə dinləmələr zamanı diplomat bildirib ki, Birləşmiş Ştatlar hər iki tərəfi davamlı sülh yolu ilə həllə çəkmək üçün fəaliyyətini davam etdirir.

Kvin təsdiqlənəcəyi təqdirdə ABŞ-ın Ermənistanda maraqlarını inkişaf etdirmək, həmçinin Ermənistanın “demokratiyası”nı, təhlükəsizliyini və iqtisadiyyatını, bir sözlə, “suverenliyi”ni gücləndirmək üçün Xarici Əlaqələr Komitəsi və Konqresin bütün üzvləri ilə sıx əməkdaşlıq edəcəyinə söz verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin