Ordu.az xəbər verir ki, bunu erməni politoloq Hrant Melik-Şahnazaryan “Telegram” səhifəsində yazıb.
“Bu məlumatın müxalifətə haradan çatdırıldığını bilmirəm, amma onlar Ermənistan və Azərbaycan liderlərinin Putinlə görüşdə çox yekdil olduqlarından və “Putini fakt qarşısında qoyduqlarından” danışırdılar. Təəssüf ki, bu söz-söhbətlər öz təsdiqini tapdı. Lavrov bu gün elan etdi ki, Rusiya “Qarabağın statusu” məsələsini gündəmə gətirib və hətta Azərbaycanın bu məsələni müzakirə etməsinə nail olub, lakin Paşinyan və Əliyev gedib Praqada başqa bir sənəd imzalayıb, sonra həmin kağızla Soçiyə gəliblər... Ermənistan hökuməti Qarabağı Azərbaycana verir. Bu faktın artıq minlərlə sübutu var. Amma bunlar insanları qane etmir. Onlar yeni dəlillər istəyirlər ki, sonra yenidən yenilərini istəsinlər. Və buna necə qiymətləndirmə verə biləcəyimi bilmirəm”, - deyə Şahnazaryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az