Senatın komitəsi Kristina Kvinin ABŞ-ın Ermənistandakı səfiri vəzifəsində təsdiq edilməsi ilə bağlı dinləmələr keçirib

2022/12/44010-1669967508.jpg
Oxunub: 239     12:38     02 Dekabr 2022    
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Bayden administrasiyası tərəfindən ABŞ-ın Ermənistandakı növbəti səfiri vəzifəsinə irəli sürülən Kristina Kvinin namizədliyini təsdiqləmək üçün dinləmələr keçirib.

Ordu.az xəbər verir ki, Prezident Co Bayden bu ilin iyulunda Kvinin Ermənistandakı səfir vəzifəsinə namizədliyini irəli sürüb. Təsdiqlənərsə, o, ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə namizədliyi nəzərdən keçirilən səfir Lin Treysini əvəz edəcək.

Dinləmələr zamanı komitənin sədri Bob Menendes qeyd edib ki, Kristina Kvin ölkə üçün çətin bir zamanda ABŞ-ın Ermənistana səfiri təyin olunur.

ABŞ-ın Ermənistana təyin olunmuş səfiri çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin Ermənistanın və Cənubi Qafqazın daha təhlükəsiz və firavan gələcəyi üçün zəruri olduğunu bildirib.

“Birləşmiş Ştatlar ikitərəfli və çoxtərəfli yollarla çalışır ki, münaqişənin BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar, sülh yolu ilə möhkəm həllinə nail olmaqda tərəflərə kömək etsin. Təsdiq olunarsa, administrasiyanın bu məqsədə sadiqliyini dəstəkləyəcəm”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   Senat  


Bizi "telegram"da izləyin